İsmayıllı rayonunda avto qəza baş verib.
BAKU.NEWS-un bölge müxbiri xəbər verir ki, hadisə bu gün saat 18:00 radələrində Qaraməryəm-İsmayıllı yolunun 5-ci kilometrliyində, Kürdmaşı kəndi ərazisində qeydə alınıb.
Sumqayıt şəhər 10 saylı yataqxanada yaşayan 1963-cü il təvəllüdlü Mehdiyev Hicrat Musif oğlu “Toyota Prado ”markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı əkin sahəsinə aşıb. Hadisə zamanı sürücü və iki sərnişin müxtəlif dərəcəli bədən xəsarəti ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdrlib.
Fakla bagli rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.


