Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi Ağdaş rayonunda keçirilən II mövsüm Heyva Festivalında aktiv iştirak edib.
Festival çərçivəsində Agentliyin nümayəndələri tərəfindən ziyarətçilərə bərpa olunan enerji mənbələri, yaşıl enerji texnologiyaları, enerji səmərəliliyi və bu sahədə ölkəmizdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
Agentliyin təqdimatı festival iştirakçılarının və ziyarətçilərin marağına səbəb olub. Sərgi məkanına yaxınlaşan qonaqları maraqlandıran suallar cavablandırılıb, bərpa olunan enerji sahəsində mövcud imkanlar, bu istiqamətdə əldə olunan nəticələr və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr haqqında ətraflı məlumatlar təqdim edilib.
Həmçinin, yaşıl enerjiyə keçidin əhəmiyyəti, alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi və ətraf mühitin qorunmasında bu texnologiyaların rolu diqqətə çatdırılıb.
Qeyd edək ki, bu cür festivallar müxtəlif sahələr üzrə fəaliyyət göstərən dövlət qurumları ilə ictimaiyyət arasında ünsiyyətin gücləndirilməsi, maarifləndirmə işlərinin aparılması və yeni təşəbbüslərin tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.








