Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı Regional Məşğulluq filialının dəstəyi ilə Sumqayıt şəhərində əmək yarmarkası keçiriləcək.
BAKU.NEWS xəbər verir ki, yarmarka iyunun 23-də saat 11:00-dan 13:00-dək “Sülh küçəsi 26” ünvanında keçiriləcək. Sumqayıt şəhəri üzrə 25-dən artıq müəssisə tərəfindən 200-dən çox vakansiyanın yarmarkaya çıxarılması nəzərdə tutulub.


