Oman körfəzində yanmağa başlamasından saatlar sonra batan İran Hərbi Dəniz Qüvvələrinə məxsus “Hark” adlı gəmidə 33 heyət üzvü yaralanıb.
BAKU.NEWS “Fars” agentliyinə istinadən xəbər verir ki, yaralılardan 23 nəfəri Bəndər Abbas Xəstəxanasına aparılıb, 10 nəfərə isə yerində tibbi yardım göstərilib.
*Saat 10:33
İran hərbi dəniz qüvvələrinin gəmisi Oman körfəzində təlimlər zamanı batıb.
BAKU.NEWS “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, hadisə barədə məlumatı İran İslam Respublikasının Ordusu yayıb.
Məlumata görə, “Xark” adlı gəmidə yanğın baş verib. Gəminin heyəti təhlükəsiz şəkildə sahilə çatdırılıb, lakin yanğını söndürmək mümkün olmayıb və gəmi İranın Cask limanı yaxınlığında batıb.
Ordunun açıqlamasına görə, gəmi İran hərbi dəniz qüvvələri tərəfindən dəstək və təlim missiyalarında istifadə olunurdu.


