Zəlzələ nəticəsində azı 10 nəfərin yaralandığı bildirilir.
Ölənlər haqqında məlumat hələ ki yoxdur.
*Saat 23:50
İranın cənub-qərbində zəlzələ olub.
BAKU.NEWS xarici KİV-ə istinadən xəbər verir ki, 5,6 bal gücündəki zəlzələ Kohqiluyə-Buyer Əhməd əyalətində baş verib.
Tehran Universiteti Seysmologiya Mərkəzindən bildirilib ki, əyalətin Dena rayonunda qeydə alınan zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Hələlik itki, tələfat və dağıntı barədə açıqlama verilməyib.


