Əlborz vilayətində İran milli “COV-İran Barəkət” peyvəndinin kütləvi istehsalına başlayıb. İstehsal prosesindən əvvəl xüsusi fabrik qurulub və lazım olan avadanlıqlarla təmin edilib.
BAKU.NEWS xəbər verir ki, bu layihənin müəllifi Rza Mərcari jurnalistlərə bildirib ki, ilkin mərhələdə ay ərzində 3 milyon doza peyvənd istehsal olunacaq. İkinci istehsal xətti istismara verildikdən sonra isə ay ərzində 14 milyon doza peyvənd istehsal ediləcək. Onun sözlərinə görə, iyun ayından başlayaraq əhali “COV-İran Barəkət”lə təmin ediləcək və peyvənd vurulmasına başlanacaq.
Milli peyvənd istehsalı üçün layihəni İmam Xomeyninin vəsiyyətlərinin icraçısı təşkilatı hazırlayıb və maliyyə dəstəyi göstərib.
İranda koronavirus pandemiyasının 4-cü dalğası davam edir.
Eyni zamanda, gündəlik ölüm sayında tədricən azalma müşahidə olunur.
TREND
- Tramp Putinlə danışdı – Dizellə bağlı razılaşma əldə etdilər
- AZAL Moskvaya olan uçuşları dayandırdı
- AMB lisenziya və icazələr üçün təqdim edilən sənədlərin formalarını dəyişib
- BDYPİ-dən velosipedçilərə çağırış
- “Retro Holding”də milyon yarımlıq yeyinti – Həbs edilən var
- “ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub
- Sumqayıtın Ukrayna icması CƏRİMƏLƏNDİ
- Məktəbli formasına nəzarət güclənir – Monitorinqlər keçiriləcək


