İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Peşə Təhsil Mərkəzi 2023-2024-cü tədris ili üçün aşağıdakı ixtisaslar üzrə tələbə qəbulu elan edir.
– Veb dizayner və proqram təminatçısı (ödənişli əsaslarla, 1 illik);
– Qrafik dizayner (ödənişli əsaslarla, 1 illik);
– Torna və frezer dəzgahlarının operatoru (dövlət hesabına, 1illik);
– Aqroservis mütəxəssisi (dövlət hesabına, 1 illik);
– Avtomatika üzrə usta (dövlət hesabına, 1 illik);
– Sənayedə quraşdırma işləri üzrə usta (dövlət hesabına, 1 illik);
– Proqramla idarə olunan dəzgahların operatoru (dövlət hesabına, 1 illik);
– Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru (dövlət hesabına, 1 illik);
– İsitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı (dövlət hesabına, 1 illik);
– Mexaniki yığma işləri üzrə çilingər (dövlət hesabına, 1 illik);
– Elektronika ustası (dövlət hesabına, 1 illik);
– İnformasiya kommunikasiya texnologiyaları üzrə texnik (dövlət hesabına TP, 3 illik);
– Kompüter sistemlərində proqramlaşdırma (dövlət hesabına YTP, 3 illik).
Yüksək texniki peşə təhsilini müvəfəqiyyətlə başa vuran tələbələr imtahansız (birbaşa) universitetə qəbul olmaq şansı əldə edəcəklər.
Qeydiyyatdan keçmək üçün daxil olun: (https://bit.ly/3O8pcDG)
Əlavə məlumat üçün əlaqə nömrələri : (051) 277-37-56; (051) 205-97-55


