İnstaqram və TikTok-da kifayət qədər populyar olan, yutubda tez-tez trendə düşən Ülvi Mustafayev və Fatimə Əhmədova “Vağzalı” filminin qala gecəsində görüntüləniblər.
BAKU.NEWS olay-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl sosial şəbəkə hesablarını bağlayacaqlarını qeyd edən cütlük bunun səbəbini də açıqlayıb.
İnstaqramda 1 milyon abunəçisi olan Ülvi və Fatimə bildirib ki, bir müddət sosial şəbəkədən uzaqlaşmaq qərarına gəlib.
Onlar çox yorulduqlarını, sosial media detoksundan sonra geri qayıdacaqlarını vurğulayıblar.


