İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) ofisinin icarəsi bahalaşıb.
Bu barədə İqtisadiyyat.az Agentliyin icarə ilə bağlı alqı-satqı müqavilələrinə əsasən material hazırlayıb.
Məlumata görə, paytaxtın Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospekti, 93 ünvanında yerləşən qeyri-yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 1105 kv.m. təşkil edən ofis sahəsinin növbəti il üçün icarə haqqı 370 175 manat müəyyənləşib.
Məlumat üçün bildirək ki, həmin ofisin cari il üçün icarə haqqı isə 358 020 manat təşkil edib. Beləliklə, bu illə müqayisədə gələn il ofisin icarə haqqı 12 155 manat və ya təxminən 3,4% artacaq.


