Prezident İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya təbrik ünvanlayıb.
Təbrikdə deyilir:
“Hörmətli Aleksandr Qriqoryeviç.
Dövlət bayramı – Belarus Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Azərbaycan ilə Belarus arasında münasibətlər yüksək səviyyədə qarşılıqlı anlaşma, sıx qarşılıqlı fəaliyyət ilə xarakterizə olunur. Xalqlarımız arasında möhkəm dostluq və qarşılıqlı dəstək ənənələri, həmçinin yüksək səviyyədə razılaşmaların uğurla həyata keçirilməsi dövlətlərarası əlaqələrimizi keyfiyyətli məzmunla zənginləşdirir və istiqamətlərin bütün spektri üzrə ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə kömək edir.
Əminəm ki, birgə səylərlə Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında çoxplanlı qarşılıqlı fəaliyyət və strateji tərəfdaşlıq dost xalqlarımızın və ölkələrimizin rifahı naminə gələcəkdə də ardıcıl olaraq genişlənəcək və dərinləşəcəkdir.
Hörmətli Aleksandr Qriqoryeviç, bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə uğurlar, dost Belarus xalqına isə əmin-amanlıq və tərəqqi arzulayıram”.
TREND
- Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
- Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar – FOTOLAR
- Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
- Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib
- Şahbaz Şərif İlham Əliyevə zəng etdi
- Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – SƏRƏNCAM
- BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!
- Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı


