Gəncədə III MDB Oyunlarının bağlanış mərasimi ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət təbiq ediləcək
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatına əsasən, müvəqqəti məhdudiyyət 08 oktyabr 2025-ci il tarixində Gəncə Şəhər Stadionu və ətraf ərazilərində olacaq. Belə ki, Atatürk prospektində fəaliyyət göstərən 6 və 7 nömrəli marşrut avtobuslarının hərəkəti Heydər Əliyev prospekti ilə təşkil ediləcək. 12 nömrəli marşrutun son dayanacaq məntəqəsi isə Bilal Qəhrəmanov küçəsi təyin olunacaq.


