Azərbaycan Milli QHT Forumu İctimai şuraların da sağlamlaşdırılmasında maraqlıdır. Biz müxtəlif qurumlar yanında olan İctimai şuralarla müntəzəm şəkildə görüşlər təşkil edirik, onların öz aralarında körpülər qururuq.
Bunu Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Allahverənov bu gün keçirilən mətbuat konfransında deyib.
İdarə Heyətinin üzvü 2024-cü ildən indiyədək formalaşmış İctimai şuraların hər birinin tamamilə sahəyə uyğun profil təşkilatlardan olmasının aydın şəkildə müşahidə edildiyini diqqətə çatdırıb. Bildirib ki, yeni mühitdə İctimai şuralarla əlaqədar neqativ halların kəskin azaldığı da müşahidə olunur. Onun sözlərinə görə, Milli QHT Forumu İctimai şuralara metodiki məsləhətlər də verib.
AZƏRTAC


