Binəqədi Rayon İcra Hakimiyyətində yeni təyinat olub.
BAKU.NEWS-un əldə etdiyi məlumata görə, Cahangir-zadə İskəndər Kamil oğlu Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə Aparatın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Əmək fəaliyyətinə İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Təhqiqat İnstitutunun Makroiqtisadi təhqiqatlar şöbəsinin mütəxəssisi kimi başlamış, sonradan həmin şöbənin baş mütəxəssisi vəzifəsində işləyib. 20 fevral 2013-cü il tarixindən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında müxtəlif vəzifələrdə – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi, İnformasiya təminatı və təhlil sektorunun müdiri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının köməkçisi vəzifələrində, 30 sentyabr 2019-cu il tarixindən təyinat olunan günə qədər Aparatın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.
Ülviyyə Abdullayeva


