06 may 2026-cı il tarixindən etibarən 2026–2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Bildirilir ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq. Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.
Qeyd edək ki, bu il Azərbaycan bölməsi üzrə 81 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçirilib.
Diqqətə çatdırılır ki, birinci sinfə qeydiyyat zamanı uşaqların şəxsiyyət vəsiqəsinin olması mütləqdir.
Uşaqların məktəbə qəbulunda hər bir valideyn üçün əlçatanlığın təmin edilməsi əsas hədəflərdəndir.
TREND
- İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib
- “Temu”dan sifariş edənlərin DİQQƏTİNƏ- Platformada təhlükəli mallar satılır
- “Azər-Türk Bank”ın vəzifəli şəxsi 10 min manat CƏRİMƏLƏNDİ
- Saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
- Prezident bu ölkə ilə əbədi dostluq haqqında Müqaviləni təsdiqlədi
- İnternet provayderləri üçün yeni öhdəliklər müəyyənləşdi
- Mərkəzi Bank nəzarəti süni intellektə həvalə edir
- Din xadimləri ilə bağlı iddiaya – Rəsmi reaksiya


