“Türkiyədə qaçqın sayı qayıdışlardan sonra 3 milyon 700 minə düşüb”.
BAKU.NEWS xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Sözcü” qəzetinə müsahibəsində söyləyib.
Onun sözlərinə görə, qaçqınların BMT meyarlarına uyğun formada etibarlı, könüllü və hörmətli şəkildə qayıdışları üçün lazımi şərtlərin yaranması istiqamətində hər cür tədbirlər görülür:
“Biz tariximizə, keçmişimizə, əcdadlarımıza yaraşacaq şəkildə lazım olanları etdik, etməyə də davam edirik. Bizim etdiyimizi heç kim edə bilməyib”.


