Hindistanda “Cyclone Tauktae” qasırğası həyatı iflic edib.
BAKU.NEWS xarici mediaya isitnadən xəbər verir ki, təbii fəlakət nəticəsində 27 nəfər ölüb, 100-dək şəxs itkindir.
Qucaratda yüz minlərlə insan elektrik enerjisiz qalıb.
Rəsmi məlumata görə, saatda 130 kilometr sürətlə əsən külək minlərlə ağacı qıraraq yolları bağlayıb.


