Prezidentin köməkçisi Hikmət Hacıyev, Baş Prokuror Kamran Əliyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, Azərbaycandakı diplomatik korpusun nümayəndələri və hərbi attaşelər Bərdə şəhərinə səfər ediblər.
BAKU.NEWS-un məlumata görə, dövlət rəsmiləri və diplomatik nümayəndələr Ermənistan silahlı qüvvələrinin ötən gün Bərdə şəhərində raket zərbəsi endirdiyi əraziyə baş çəkərək, vəziyyətlə yerində tanış olublar.


