Tərtər Rayon İcra Hakimiyyətinin, Təhsil Sektorunun, Gənclər və İdman İdarəsinin və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş fləşmob təşkil olunub.
BAKU.NEWS xəbər verir ki, Tərtər şəhərinin mərkəzi meydanında Ulu Öndər Heydər Əliyevin abidəsi önündə keçirilən fləşmobda rayonun ümumtəhsil məktəblərinin 500 nəfərdən çox şagirdi iştirak edib.
Məktəblilər fləşmobda “Heydər Əliyev 100” yazısını nümayiş etdiriblər.


