Ermənistan həm monodövlətdir, həm də irqçi dövlətdir. Heç bir başqa millətin nümayəndəsi orada yaşaya bilmir. Ya o əziyyətə dözməyərək özü oradan çıxır, ya da ki, zor gücü ilə çıxarılır. Ermənistanın baş nazirinin və bir çox dövlət rəsmilərinin iştirak etdiyi idman yarışında qonaq ölkənin bayrağına qarşı iyrənc irqçi hərəkəti izləyən Ermənistan hakimiyyəti şiddətlə qınanılır.
Bunu BAKU.NEWS-a Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.
Onun sözlərinə görə, vəhşi xislətini hər bir addımında nümayiş etdirən ermənilərin insanlığa sığmayan əməlləri gözləniləndir. Bu günlərdə Ermənistan tərəfinin əsir götürdüyü azərbaycanlı əsgərlərə amansız, insanlığa sığmayan işgəncələr verməsi və bu vəhşilikləri sosial şəbəkələrdə yaymalarına hansı adı verək? Amma Ermənistanın həm mülki şəxsləri, həm də hərbçiləri dəfələrlə azaraq Azərbaycan tərəfinə keçdikdə saxlanılıb.
Azərbaycanın onlara qarşı humanist addımı, dərhal Ermənistana sağ-salamat geri qaytarması dünyanın gözü qarşısında baş verib. Amma Ermənistan nəinki əsgərlərimizi geri qaytardı, əksinə öz vəhşi əməllərini, verdikləri işgəncələri sosial şəbəkələrdə yaydı. Budur, erməni xisləti!
Ülviyyə Abdullayeva


