Bakıda fəaliyyət göstərən özəl xəstəcanalardan biri olan “HB Geven Klinik” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) cərimələnib.
Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi – “Məcburi auditdən yayınma” ilə bağlı protokol tərtib edilib və işə məhkəmədə baxılıb.
Məlum olub ki, MMC 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə həyata keçirilməli olan məcburi auditindən yayınıb.
Məhkəmənin qərarı ilə “HB Geven Klinik” MMC 500 manat məbləğində cərimə edilib. (Qaynarinfo)


