Hacıqabulda üzərinə şkaf aşan 2 yaşlı uşaq dünyasını dəyişib.
BAKU.NEWS-un məlumatına görə, həkimlərin səyinə baxmayaraq, körpəni həyata qaytarmaq mümkün olmayıb.
*Saat 00:03
Hacıqabul şhərində bədbəxt hadisə baş verib.
BAKU.NEWS-un məlumatına görə, valideyin nəzarətindən yayınan 2018-ci il təvəllüdlü Həsənov Uğur Ağasif oğlunun üzərinə şkaf aşıb.
Nəticədə uşaq ağır kəllə-beyin travması alaraq Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Komatoz halında olan uşağın vəziyyəti ağır qiymətləndirlilir.


