15 İyun – Milli Qurtuluş Günü münasibətilə Hacıqabul Quşçuluq Şirkətində tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları fabrik ərazisində ucalmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Məlumat verilib ki, Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində yeni inkişaf mərhələsinin başlanğıcı olmaqla yanaşı, milli birliyin, sabitliyin və dövlətçilik ənənələrinin bərpasının rəmzidir.
Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu.Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.
Çıxışlarda bildirilib ki, bu gün Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.







