Gürcüstanda son sutka ərzində koronavirusa gündəlik yoluxma sayında yeni bir rekord yaşanıb.
BAKU.NEWS xəbər verir ki, son 24 saatda 3 157 nəfərdə “COVID-19” aşkarlanıb. Bununla da, ölkədə koronavirusa yoluxma halı 82 min 835-ə çatıb.
Ölkədə xəstəlikdən bir gündə 30 nəfər vəfat edib. Bununla da ölüm sayı 733-ə çatıb.
Son sutkada 3230 nəfər sağalıb.


