Günlərdir dağıntılar altında qalan sosial media fenomeni Taha Duymaz və qardaşının cansız bədəni dağıntılar altından çıxarılıb.
BAKU.NEWS bildirir ki, “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Duymaz ailəsi ilə birgə yaşadığı Hatayın Yayladağ rayonunda zəlzələnin dağıntıları altında qalmışdı. Günlərdir aparılan axtarışlar nəticəsiz qalıb. Belə ki, 19 yaşlı gənci xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, instaqramda 1 milyon izləyicisi olan Taha yemək bişirmə videoları ilə məşhurlaşıb. Zəlzələdən sonra onun 1 il əvvəl verdiyi müsahibə yenidən sosial mediada gündəmə gəlib.


