17 iyun 2026-cı il tarixində Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) İllik Ümumi Yığıncağında təşkilatın yeni rəhbər heyəti formalaşıb. Səsvermənin nəticələrinə əsasən, Yelo Bank-ın İdarə Heyəti sədrinin müavini Günay Cəlilova AmCham Azərbaycan-ın yeni İdarə Heyətinin üzvü seçilib.
Bankçılıq və maliyyə sahəsində 20 ildən artıq zəngin təcrübəyə malik olan Günay Cəlilova hazırda Yelo Bank-da Pərakəndə bankçılıq, Brendin idarəedilməsi və müştəri təcrübəsi, Datanın idarəedilməsi və Avtomatizasiya istiqamətlərinə rəhbərlik edir. O, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Maliyyə və kredit” ixtisası üzrə magistr və Böyük Britaniyanın “Warwick” Biznes Məktəbinin “Executive MBA” dərəcələrinə sahibdir.
Günay Cəlilova buna qədər 2022-ci ildən Palatanın Bank, Maliyyə və Sığorta Komitəsinin rəhbər müavini, 2024-cü ildən isə müvafiq komitənin rəhbəri kimi ölkəmizin maliyyə sektorunun inkişafına və üzvlərin maraqlarının müdafiəsinə töhfə verən mühüm layihələr həyata keçirib.
1996-cı ildən fəaliyyət göstərən AmCham Azərbaycan 280-dan çox şirkəti birləşdirən və ölkədə biznes mühitinin gücləndirilməsinə töhfə verən aparıcı biznes assosiasiyasıdır.
TREND
- Polkovnik Əflatun Məmmədov rüşvətə görə həbs edildi
- Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır
- General Nizami Məmmədov haqda – Yekun qərar verildi
- Prezident mühüm fərman İMZALADI
- Nazirdən 1 ildir pulunu ala bilməyən pambıqçılarla bağlı – AÇIQLAMA
- Tamam Bayatlı BP-dən getdi
- İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
- Mikayıl Cabbarov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb


