Güclü külək Goranboyda da fəsadlar törədib.
BAKU.NEWS-un məlumatına görə, təbiət hadisəsi zamanı şəhərin Heydər Əliyev prospektində iri gövdəli ağac yola düşüb. Hadisə zamanı xəsarət alan olmasa da, yolda avtomobillərin gediş-gəlişində çətinlik yaranıb.
Külək nəticəsində, həmçinin bir neçə kəndin elektrik enerjisi ilə təminatında fasilələr yaranıb.


