Gözünüzə təkcə əsəb, gərginlik yox, həm də müxtəlif xəstəliklər səbəbindən qan gələ bilər.
Gözdaxili qansızma – gözdə olan kapilyar damarların genişlənməsi və ya partlaması ilə yaranır.
Gözdə kapilyarların zədələnməsinin əsas səbəbləri bunlardır:
* Arterial hipertoniya;
* Şəkərli diabet;
* Göz yorğunluğu;
* Ağır fiziki yüklənmələr;
* Qan xəstəlikləri;
* Kəllədaxili hipertenziya (kəllədaxili təzyiq);
* Damar xəstəlikləri;
* Göz və baş travmaları;
* Oftalmoloji xəstəliklər və patologiyalar.
Hipertoniyadan əziyyət çəkən insanlarda bu hal daha tez-tez təkrarlanırsa, bu, çox təhlükəli siqnaldır. Növbəti dəfə damar gözünüzdə deyil, beyində partlaya bilər. Nəticədə insult kimi ağır hal baş verməsi qaçılmazdır.
Allergiyalar, bəzi dərman preparatlarının qəbulu, spirtli içkilərin qəbulu, meteohəssaslıq, ümumi infeksion xəstəliklər, bəzi vitamin çatışmazlığı da gözdə qansızmalara səbəb ola bilər.
Elə edin ki, gözünüzü qan örtməsin!


