Göygöl rayonunda tənha yaşayan kişinin meyiti yaşadığı evdə tapılıb.
BAKU.NEWS-un məlumatına görə, rayonun Firuzabat qəsəbəsində üzərində zorakılıq əlamətləri olmayan 65 yaşlı Sabir Cəfərlinin meyiti yaşadığı evdə aşkarlanıb.
Onun bir neçə gün öncə öldüyü güman edilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və meyit tibbi ekspertizaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.


