Göygöldə 13 yaşlı oğlan çayda boğulub.
BAKU.NEWS-un xəbərinə görə, hadisə rayonun Pənahlılar kəndində baş verib.
Belə ki, kənd sakini, 2007-ci il təvəllüdlü Hüseynov Ömər kəndin yaxınlığındakı çayın üzərindən inəyi keçirən zaman körpüdən düşərək boğulub. Onun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.


