14-17 dekabr 2023-cü il tarixlərində Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu t.u.f.d. Mehriban Əmirova İstanbul Hərb Muzeyi və Harbiye Abidə kompleksində ACOGS tərəfindən təşkil olunan “Genital estetika, kosmetika, ginekologiya və cinsi sağlamlıq” kursunda iştirak edib.
ACOGS kursu keçirilən gunlərdə video formatda ve canlı olaraq cərrahiyyə əməliyyatları (labioplastika, vaginaplastika, hudoplastika, vestibuloektomiya, SRS-self retaining support, TOT, TVT ve s.), workshoplar (hipnoterapiya, neyroterapiya, vagininizm), estetik, kosmetik, funksional ve rekonstruktiv yollarla cinsi sağlamlıq sahəsində tez-tez istifadə olunan muasir üsulların (lazer, PRP, mezoterapiya, botulinoterapiya, yağ dolgusu, aromaterapiya və s.) tətbiqi genis müzakirə olunub. Kurslar bitdikdən sonra iştirakçilara sertifikatlar təqdim edilib.


