Xəbər verdiyimiz kimi, Tvitter iyun ayında iOS istifadəçiləri üçün səsli tvit funksiyasını istifadəyə verib.
BAKU.NEWS ted.az-a istinadən bildirir ki, hazırda xüsusiyyətin daha da təkmilləşdirilməsi istiqamətində ciddi iş gedir. Bunun üçün iki ayrı komanda təşkil edilib.
Hazırda sözügedən funksiyanın əsas çatışmazlığı eşitmə məhdudiyyətli şəxslər üçün əlçatmaz olmasıdır.
Şirkətin açıqlamasında bildirilir ki, bu problemin aradan qaldırılması üçün titrlərin tətbiqi üzərində iş aparılır.
Qeyd olunur ki, 2021-ci ilin əvvəlində səsli tvit funksiyası hamı üçün əlçatan olacaq. Android istifadəçilərinin bu xüsusiyyətə nə vaxt qovuşacağı sual altında olsa da, gələn il bu problemin həll ediləcəyi ehtimallar arasındadır.


