“Gələcəkdə bütün tibbi xidmətlər icbari tibbi sığorta ilə əhatə olunmalıdır”.
BAKU.NEWS xəbər verir ki, bunu Milli Məclisindeputatı Əhliman Əmiraslanov deyib.
Deputat bildirib ki, onkoloji xəstəliklərin müalicəsi çox böyük maliyyə tələb edir: “Ona görə icbari tibbi sığorta ilə qarşılana bilmir. Amma əminəm ki, gələn il onkoloji xəstəliklər də icbari tibbi sığorta çərçivəsində qarşılanacaq. Bu məsələdə artıq müzakirə edilir”.


