Filippinin paytaxtı Manildə yanğın zamanı beş nəfər həyatını itirib, daha beş nəfər xəsarət alıb.
BAKU.NEWS bildirir ki, bu barədə “Manila Times” qəzeti xəbər verib.
Nəşrin yazdığına görə, yanğın paytaxtın yaşayış rayonlarının birində baş verib, onu yalnız bir neçə saat sonra söndürmək mümkün olub.
Yanğın zamanı bir kişi və 3-12 yaşlarında dörd uşaq dünyasını dəyişib. Xəsarət alanlardan biri 9 yaşlı uşaqdır.









