Xaçmaz rayonunda Fövqaladə Hallar Nazirliyinin (FHN) yanğınöndürən avtomobili qəza törədib.
BAKU.NEWS-un məlumatına görə, hadisə Bakı-Gəndov-Yalama yolunun Xaçmaz rayonunun Mürşüdoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, çağırışa gedən FHN-in Xaçmaz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin avtomobili əks istiqamətdə hərəkətdə olan VAZ 2101 markalı minik avtomobilinə çırpılıb.
Hadisə nəticəsində VAZ-nın sürücüsü, 1988-ci il təvəllüdlü İslamov Sahib Məcnun oğlu və sərnişini 1989-cu il təvəllüdlü Murad Vidadi oğlu Səfiyev xəsarət alıblar.
Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılan hər iki şəxsə baş-beyin silkələnməsi, üzün çoxsaylı cırıqları diaqnozu qoyulub.
S.İslamovun vəziyyəti ağır olduğundan o, reanimasiyaya yerləşdirilib.


