Bu gün bəzi ölkələrdə Feysbukla bağlı problem yaranıb.
BAKU.NEWS xəbər verir ki, problemin səbəbi internet mənbələrinin işini izləyən “Downdetector” xidmətindən qaynaqlanıb.
Bundan ən çox İngiltərə, ABŞ, Macarıstan və Hollandiyadakı istifadəçilər əziyyət çəkib.
İstifadəçilərin 53 faizi xəbər lentinin yenilənməsindən, 23 faizi isə sosial şəbəkəyə girişdən şikayət edib. Digərləri isə Feysbukun işinin tamamilə dayandığını bildirib.


