Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri Fərhad Adıgözəlov vətəndaşları qəbul edib.
Qəbul zamanı vətədaşların müraciətləri dinlənilib, sualları cavablandırılıb. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin araşdırılacağı və Agentliyin səlahiyyətləri çərçivəsində həlli istiqamətində müvafiq tədbirlər görüləcəyi bildirilib.
Qeyd edək ki, vətəndaşlar ADRA-nın www.adra.gov.az internet səhifəsindəki “Vətəndaşların qəbulu” bölməsi vasitəsilə Agentlik rəsmilərinin qəbuluna yazıla bilərlər.


