Gürcüstanın Kveşeti-Kobi avtomagistralında tikinti işləri çərçivəsində xüsusi texnikanın daşınması səbəbindən Gürcüstanın Rusiya ilə sərhədinə doğru bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
BAKU.NEWS gürcü mediasına istinadən xəbər verir ki, beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars yolunun Handoskhevi-Kobi hissəsi 11 iyun saat 23:00-dan 12 iyun saat 05: 00-dək nəqliyyat üçün bağlanacaq.
Mtsxeta-Stepantsminda-Lars magistralı Rusiya ilə ortaq sərhədi olmayan Ermənistan da daxil olmaqla Gürcüstandan Rusiyaya gedən yeganə yoldur.


