Ermənistanda son sutka ərzində daha 2132 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.
BAKU.NEWS xəbər verir ki, bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 112 min 680 nəfərə çatıb.
Daha 32 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 1668-ə çatıb.
Qeyd edək ki, Ermənistanda epidemiyaya görə, martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.


