Oktyabrın 27-si saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində mülki şəxslərin ölməsi ilə yanaşı, bir neçə kənd sakini də ağır yaralanıb.
BAKU.NEWS xəbər verir ki, bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Ölənlərin sayı 3 nəfərdir, 10 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya aparılıb. Onların arasında azyaşlılar da var.


