“Azərbaycanın azad edilmiş Məmər kəndindəki 18-ci əsrə aid məscid. Məscid tamamilə dağıdılıb. Ermənistan tərəfindən Qubadlı rayonunun Mamar kəndinin işğalı zamanı XVIII əsrin dini və mədəni abidəsi vandalizmlə yanaşı, təhqir əlaməti olaraq donuz otağına da çevrilib”.
BAKU.NEWS xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev öz tvitter hesabında sözügedən məsciddən görüntü paylaşaraq bildirib.




