Ermənistanda hərbçinin intiharı ilə bağlı bəzi detallar açıqlanıb.
BAKU.NEWS-un Ermənistan mediasına istinadla verdiyi xəbərə görə, əsgər Mqer Ovannisyan mayın 25-də saat 12:55-də hərbi hissədə “AKM” avtomatından özünü başından güllələyib.
O, “Noemberyan” tibb mərkəzinə çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.


