Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 30-31-də Romada səfərdə olacaq. Bunun ardınca isə, o, noyabrın 1-2-də Böyük Britaniyada təşkil olunan BMT-nin İqlim Dəyişikliyinə dair 26-cı konfransında iştirak edəcək.
BAKU.NEWS-un “Resmi Gazete”ye istinadən məlumatına görə, Ərdoğanın xaricə səfərləri zamanı onu ölkənin vitse-prezidenti Fuat Oktay əvəz edəcək.


