Artıq bütün müəllimlər sertifikatlaşdırma imtahanlarından keçib.
Bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, 2022-2026-cı illəri əhatə edən prosesdə 104 435 müəllim iştirak edib:
“Demək olar bütün məüllimlər ən azı 1 dəfə sertifikatlaşdırma prosesinə cəlb olunub. Bu gün 5 müəllimdən biri yeni müəllimdir”.
Nazir əlavə edib ki, imtahanlarda uğur qazanmış təxminən 60 818 müəllimin əməkhaqqısına 10 %, yüksək nəticə göstərmiş 30 590 müəllimin əməkhaqqısına isə 35 % əlavə edilib:
“Ümumilikdə 91 408 müəllimin əməkhaqqısına əlavələr edilib. Hər iki cəhddə uğur qazana bilməyən 9 334 müəllimin əmək müqaviləsinə xitam verilib”. (Report)
TREND
- Sürət həddi endirilib – Sürücülərin nəzərinə!
- QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı
- Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
- ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini təltif edib


