Ayrı-ayrı bölgələrdə şagirdlərin oxuyub-anlama bacarıqları üzrə nəticələri ölkədə ümumi göstəriciyə ciddi təsir edir.
Bu sözləri PISA 2025 nəticələrinin təqdimatı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, bəzi bölgələrdə şagirdlərin təxminən 80-88 faizinin oxu savadlılığı üzrə minimal göstəriciyə çatmaması narahatlıq doğurur.
“Bəzi bölgələrdə 80 faiz civarında oxuyub-anlama üzrə nəticələr aşağıdır. 88 faizə yaxın göstəricilər də var. Yerdə qalan bölgələrin çəkisi isə daha azdır. Böyük hissəni Bakı, Abşeron-Xızı və digər bölgələr təşkil edir. Ona görə də bu nəticələr ümumi göstəriciyə təsir edir. Bu regionlarda əsaslı şəkildə işləmək lazımdır. Sertifikatlaşdırma imtahanlarında da bu məsələ ilə bağlı müəyyən nəticələri görmüşük. Həmin bölgələrdə müəllimlərlə mütləq iş aparmaq lazımdır”, – deyə nazir əlavə edib.
Emin Əmrullayev Lənkəran-Astara, Mil-Muğan, Salyan və Masallı kimi bölgələrdə təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, regionlar üzrə nəticələr təhsildə uzun illər ərzində formalaşmış problemlərin daha aydın görünməsinə imkan verir və bu istiqamətdə sistemli tədbirlərin görülməsinə ehtiyac var.
TREND
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini təltif edib
- Daşkənddə beynəlxalq kardiologiya tədbirləri keçirilir
- Azərbaycanla Yunanıstan arasında Anlaşma Memorandumu imzalandı
- AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb
- Bəxtiyar Aslanbəyli: AzMİU-da üçüncü layihəmizi həyata keçiririk
- Hafiz Paşayev “CAMCA Forum 2026” mükafatı ilə təltif edilib
- İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
- “Alians Development” şirkətindən ŞİKAYƏT VAR


