Tanınmış siyasi analitik Nurani (Tofiqəxanım) Qasımova uzunsürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada vəfat edib.
Bu barədə “Minval Politika” nəşrinin baş redaktoru Emil Mustafayev məlumat yayıb.
Onun sözlərinə görə, bir neçə gündür səhhəti ciddi şəkildə ağırlaşan jurnalistin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, 1970-ci il təvəllüdlü N. Qasımova ixtisasca həkim olsa da, beynəlxalq siyasətə və publisistikaya böyük marağı onu jurnalistikaya gətirib.
O, peşəkar fəaliyyətinə 1992-ci ildə başlayıb. Müxtəlif illərdə “Yurddaş”, “Ayna”-“Zerkalo” nəşrlərində çalışıb, uzun müddət “Exo” qəzetinin beynəlxalq həyat şöbəsinin müdiri və siyasi icmalçısı olub. Son illərdə isə Minval.az və “Minval Politika” xəbər portalında redaktor və əsas siyasi şərhçilərdən biri kimi fəaliyyət göstərib.
N.Qasımova jurnalistika sahəsindəki xidmətlərinə görə Həsən bəy Zərdabi mükafatı və digər media mükafatlarına layiq görülüb. 2020-ci ildə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.
TREND
- Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərildi
- Avşar Gürdal Mastercard Şərqi Avropa regionunun prezidenti təyin olundu
- Axıska türklərinin taleyi XX əsrin ağır deportasiya faciələrindən biridir – Səfir
- Bakıda “Ahıska türkləri – itmiş sürgünün izində” sərgisi açılıb – FOTOLAR
- “Uber”i 825 milyon avro cərimə gözləyir – SƏBƏBSİZ BLOKLAMA
- “TikTok” məxfiliyi pozduğuna görə ABŞ-yə 400 milyon dollar ödəyəcək
- Əməkdar jurnalist Tofiqəxanım Qasımova vəfat etdi
- Xəzərdə zəlzələ oldu


