Çində COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesi çərçivəsində əhaliyə 82,8 milyon doza peyvənd vurulub.
BAKU.NEWSxəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Çində əhalinin COVID-19 infeksiyasına qarşı vaksinasiyası ötən ilin dekabrında başlanılıb. Əvvəlcədən elan olduğu kimi, ilkin olaraq, xüsusi risk qrupundan olanlara peyvənd vurulur. Fevralda isə könüllülük prinsipi əsasında kütləvi vaksinasiyaya start verilib. Artıq bəzi şəhərlərdə əcnəbilərin, o cümlədən təhsil işçilərinin, jurnalistlərin də vaksinasiya aparılır.
Vaksinasiyada “Sinopharm”, “Sinovac” və “CanSino” şirkətlərinin istehsalı olan 3 inaktiv və bir rekombinant adenovirus peyvənddən istifadə edilir. Həmin peyvəndlərin ölkədə kütləvi marketinqinə də icazə verilib. Hazırda Çində COVID-19 virusu əleyhinə 17 peyvəndinin kliniki sınaqları aparılır.
Çin Mərkəzi Televiziyasının məlumatına əsasən, Çin istehsalı olan COVID-19 peyvəndləri Avropa, Asiya, Latın Amerikası və Afrikanın, ümumilikdə 39 ölkəsində istifadə olunur.
Qeyd edək ki, Çin hökuməti iyunadək ölkə əhalisinin 40 faizini koronavirus əleyhinə peyvəndləməyi hədəfləyib.


