Rusiyanın Kuril silsiləsinin Paramuşire adasında yerləşən Ebeko vulkanı tüstü püskürüb.
BAKU.NEWS-un rus KİV-nə istinadən məlumatına görə, tüstünün hündürlüyü 2,5 km-ə çatıb və cənubi-qərb istiqamətində 3 km məsafəyə yayılıb.
Xatırladaq ki, Ebeko vulkanı sonuncu dəfə 2016-cı il noyabrın ortalarında aktivləşmişdi.


