Dünyada son bir gündə koronavirusa 535 mindən çox yoluxma qeydə alınıb.
BAKU.NEWS xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.
Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 535 860 hal qeydə alınıb, COVID-19-dan 9 868 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 121 464 666, ölüm hallarının sayı 2 684 093 təşkil edir.
Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 29 317 562 nəfər virusa yoluxub. Daha sonra Braziliya (11 693 838), Hindistan (11 514 331), Rusiya (4 437 938), Böyük Britaniya (4 280 886), Fransa (4 111 105), İtaliya (3 306 711), İspaniya (3 206 116), Türkiyə (2 950 603), Almaniya (2 629 750), Kolumbiya (2 314 154) və Argentina (2 218 425) gəlir.


