Dünyada koronavirusdan ölənlərin sayı 3 milyon 708 min 503-ə çatıb.
BAKU.NEWS “Worldometers”ə istinadən xəbər verir ki, 611 kin 20 ölüm sayı ilə ABŞ birinci yerdədir.
Bu ölkəni 467 min 706 ilə Braziliya, 338 min 13 ilə Hindistan, 228 min 146 iləe Meksika, 184 min 942 ilə Peru, 127 min 794 ilə İngiltərə, 126 min 283 ilə İtaliya, 122 min 660 ilə Rusiya, 109 min 758 ilə Fransa, 89 min 808 ilə Kolumbiya və 89 min 510 ilə Almaniya izləyib.
Azərbaycanda indiyədək 4 min 929 nəfər pandemiyanın qurbanı olub.
Dünya üzrə 172 milyon 572 min 360 yoluxma halı aşkarlanıb ki, onlardan 155 milyon 182 min 972-si sağalıb.
13 milyon 620 min 885 nəfərin müalicəsi davam edir.


