Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 56 milyonu ötüb.
BAKU.NEWS bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.
Belə ki, indiyədək 56 500 421nəfər koronavirusa yoluxub, 1 353 376 nəfər bu virusdan dünyasını dəyişib, 39 302 041 nəfər sağalıb.
Hazırda dünyada 15 845 004 aktiv koronavirus xəstəsi var ki, onlardan da 101 086-nIn vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib.


